John Kerry Sergey Lavrov yenidən görüşür

John Kerry və Sergey Lavrov (Washington görüşü)

-

Sentyabrın 12-də ABŞ dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə görüşəcək. Onlar Suriya ilə bağlı müzakirələr aparacaq.
Sergey Lavrov Astanada deyib ki, Suriyanın kimyəvi silahlarının beynəlxalq nəzarətə verilməsi bu ölkəyə qarşı güc tətbiqindən imtina şərti ilə mümkündür.
Lavrov onu da deyib ki, Suriya kimyəvi silahların yayılmaması haqda konvensiyaya qoşulmalıdır.