Obama 11 sentyabr terror qurbanlarının anım mərasimində iştirak edib

Barack Obama

“ABŞ sayıq olacaq və özünü mümkün təhlükələrdən qoruyacaq”.

Bunu 11 sentyabr terror aktlarının 12-ci ildönümü münasibətilə çıxışında prezident Barack Obama deyib.

Obama bu gün 11 sentyabr terror qurbanlarının anım mərasimində iştirak edib,Pentaqonda qoyulmuş abidənin önünə əklil qoyub.

2001-ci il sentyabrın 11-də ABŞ-da qaçırılmış təyyarələrlə törədilmiş terror akatları nəticəsində 3 min adam ölüb.