Freedom House Moskva merinin andiçmə mərasimini təxirə salmağa çağırıb

US--Freedom house logo, undated

Freedom House təşkilatı Moska rəhbərliyini mer seçilmiş Sergei Sovyaninin andiçmə mərasimini təxirə salmağa və sentyabrın 8-də keçirilən seçkinin nəticələrini yenidən saymağa çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, indiki seçki əvvəlkindən bir qədər yaxşı olsa da Rusiya hakimiyyəti pozuntularla bağlı bütün məsələləri həll edənədək andiçmə mərasimini təxirə salmalıdır.

Rəsmi məlumatda Sobyaninin seçkidə 51, 37 faiz səs topladığı bildirilir. Seçicilərin hüquqlarını müdafiə edən “ “Qolos” hərəkatı isə onun 49,6 faiz səs topladığını və bunun seçilmək üçün bəs eləmədiyini deyir.