ABŞ-da baş verən terror hadisələrindən 12 il ötür- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

11 sentyabrda ölümün caynağından qurtulanlar

-
2001-ci il sentyabr ayının 11-də Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrindən birinə - Şimal qülləsinə «American Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı.
Sonra isə Cənub qülləsi buna bənzər hücuma məruz qaldı.
Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin binası - Pentaqon da intihar təyyarəsi tərəfindən vuruldu.

Terrorçular dördüncü sərnişin təyyarəsi də tutmağa cəhd etsələr də, ekipaj üzvləri və sərnişinlərin müqavimətiylə üzləşiblər. Bu zaman təyyarə qəzaya uğrayıb.
Bu hadisələr nəticəsində 3 minə yaxın insan həlak olub. Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.