Əfqanıstanda törədilən partlayışda 7 dinc sakin ölüb

Foto arxiv

Əfqanıstanın Qəzni əyalətində baş vermiş partlayışda 7 dinc sakin ölüb, azı 17 nəfər isə yaralanıb.Ölənlərdən 3-ü uşaq, 1-i isə qadındır.

Qəndəhardan Kabilə gedən avtobus yolda minaya düşüb. Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.