Zəlzələ: İlham Əliyevin nitqini kəsən hadisə- [Video]

İlham Əliyev iş otağında (Foto: President.az)

-
Sentyabrın 9-da paytaxt Bakıda yaşayanları zəlzələ oyadıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ səhər saat 9 radələrində baş verib.
Rixter şkalasına görə, 4 bal olan zəlzələ sosial şəbəkələrdə «zəlzələ» yarada bilməyib. Demək olar ki, sosial şəbəkədə zəlzələ heç yada da düşməyib.
Əksəriyyət Bakıda zəlzələnin olduğunu İlham Əliyevin görüşü zamanı çəkilmiş videodan «hiss ediblər». Belə ki, Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları komandanlarının İlham Əliyevlə görüşü zamanı zəlzələ prezidentin çıxışını yarımçıq kəsməsinə səbəb olub.
Çıxışına bir az fasilə verən İlham Əliyev gülə- gülə, gözlənilmədən zəlzələnin olduğunu deyir: «Bir az da tərpənir. Mən düşünürəm ki, bu bizi işimizdə ayırmamalıdır. Belə şeylər zaman- zaman olur».
Zəlzələ anıyla bağlı sosial şəbəkədə yüzlərlə şərh yazılıb. Prezidentin çıxışına «Amma nitqini kəsmədi, əsil natiq də belə etməli idi» yazanlarla yanaşı daha satirik şərhlərə də rast gəlinir: «Lazım gəlir...»
ANS TV-nin yaydığı videogörüntüyə burdan bax: