Putin Rusiya əleyhinə ünsürlərə qarşı kəskin olmağa çağırıb

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin xarici ölkələr və Şimali Qafqazdakı beynəlxalq təşkilatların antirusiya fəaliyyətinə qarşı daha kəskin olmağı tələb edib.

O bunu bazar ertəsi Federal Təhlükəsialik Xidmətinin iclasında deyib. Putinin sözlərinə görə kimlərsə Şimali Qafqaza Rusiyada sabitliyi pozmaq üçün vasitə kimi baxır.