Diktatorların məşhurlar sevgisi

Britaniyalı musiqiçi Vanessa-Mae 2011-ci ildə Qroznıda Ramzan Kadyrov-un ad günü məclisində.

ABŞ-da məşhur aktrisa Hillary Swank 2011-ci ildə Qroznıda Ramzan Kadyrov-un ad günü məclisində. Bu məclisdə iştiraka görə tənqidlərlə üzləşəndən sonra o, Çeçenistanda vəziyyətydən xəbərsiz olduğunu deyərək üzr istəmiş, aldığı pulu xeyriyyə təşkilatlarına verəcəyini demişdi.

Çeçenistan prezidenti Ramzan Kadyrov (solda) əfsanəvi futbol ulduzu Diego Maradona ilə Qroznıda Ahmed-Haji Kadyrov stadionunda. 11 may 2011.

ABŞ-ın pop ulduzu Jennifer Lopez Türkmənbaşı şəhərində Avaza stadionunda prezident Gurbanguly Berdymukhammedov üçün "Happy Birthday" mahnısı oxuyur. Human Rights Watch Berdymukhammedov-un yaratdığı sistemi dünyanın ən repressiv rejimlərindən biri kimi təqdim edir.

ABŞ-ın pop ulduzu Jennifer Lopez Bakıda. O, Azərbaycanda keçirilən 17 yaşlı qızlar arasında futbol üzrə Dünya Çempionatı zamanı gəlmişdi. 22 sentyabr 2012.

ABŞ-dan olan reper Kanye West Qazaxıstanda prezident Nursultan Nazarbayevin nəvəsinin toyunda çıxış edir. 31 avqust 2013. Bu toyda iştiraka görə o, ABŞ-da kəskin tənqidlərlə üzləşdi.

Britaniyalı pop ulduzu Sting 2009-cu ildə Özbəkistanda prezidentin qızı Gulnara Karimova üçün oxuyur. Amma  2011-ci ildə Sting Kazaxıstanda Janaozen şəhərində neftçilərin etiraz aksiyaları zorakılıqla yatırılanda bu ölkədə konsertini təxirə saldı.

ABŞ-ın pop ulduzu Beyonce 2009-cu ildə Liviya lideri Muammar Qaddafinin oğlu Mutassim Qaddafinin təşkil etdiyi Yeni İl şənliyində oxuyur. Beyonce sonradan bildirib ki, bu şənlikdə aldığı 1 milyon qonorarı Haitidə zəlzələdə zərər çəkənlərə yardım fonduna keçirir.

ABŞ-dan ifaçı Mariah Carey də 2008-ci ildə Qaddafi klanının şənliyinə qatılmışdı. Sonradan buna görə utanc hissi keçirdiyini deyən müğənni aldığı pulu xeyriyyə fondlarına verdiyini bildirib.

Şimali Koreya lideri Kim Jong Un (solda) ABŞ-ın keçmiş basketbol ulduzu Dennis Rodman ilə 2013-cü ilin fevralında Pxenyanda basketbol oyununu izləyərkən. Rodman sentyabrın 3-də bir də Pxenyana səfər edib. O, Kim-i "yaxşı dost" adlandırır.