Quranı dərk etmək üçün yeni yöntəm

-

Yazar Güntay Gəncalp, Məhəmməd Müctəhid Şəbüstərinin "Varlığın Peyğəmbəranə oxunuşu nəzəriyyəsi" adlı kitabını Azərbaycan dilinə tərcümə edib.

Kitabı Bakıda "Qanun" nəşriyyatı çap edib.

Kitabın tanıtım bölümündə belə yazılıb:

"Müəllif kitabda modern hermenevtik imkanlardan yararlanaraq Qurani-Kərim üzərinə açıqlamalar verib.

O, dünya fəlsəfəsinin, ariflərin, teoloqların təcrübi nailiyyətlərindən yola çıxaraq Quran mətnini incələmiş və bunların yetərli olmadığı qənaətinə vararaq yeni yanaşma metodu təklif etmişdir.

Qurani-Kərim mətininin anlaşılması üçün daha modern yöntəmlərdən yararlanan yazar dini mətnin daha rahat dərk edilməsinə imkan yaratmağa çalışmışdır.

Quranın anlaşılması üçün bu kitab oxucunun gözləri önündə yeni üfüq açmaqdadır".