Gültəkin Hacıbəylinin əmlakına həbs

Gültəkin Hacıbəyli

-
Sentyabrın 4-də Bakı Apelyasiya Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulması ilə bağlı Nəsimi rayon məhkəməsinin qərardadından verilən şikayətə baxıb. Məhkəmə ilkin instansiyasının qərardadını qüvvədə saxlayıb. Bu barədə AzadlıqRadiosuna sabiq deputat özü məlumat verib.
Sabiq deputat yoldaşından ayrılandan sonra qayınanası keçmiş gəlinindən 50 min dollar təzminat tələb edib. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib. Bu qərardadla razılaşmayan G.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Gültəkin Hacıbəyli ona qarşı olan təzyiqləri siyasi fəaliyyəti ilə əlaqələndirir.
“Mənə qarşı 50 min manatlıq iddia gülünc bir iddiadır. Mənim avtomobilimlə indiki həyat yoldaşımın avtomobilinə və evimə həbs qoymaq istəyirlər. Əslində o ailənin mənə verəcəyi var, mənim onlara yox. Bu, Milli Şuradakı fəaliyyətimə görə mənə verilən cəzadır. Bunu mənə hakimiyyətdə olan bəzi adamlar dəfələrlə çatdırıblar. Bu hakimiyyətdəki bir qrup qaraguruhun mənə qarşı etdiyi təzyiq və təqibdir. Bununla mənin ailə biznesimə göz qoymaq istəyi olub”.
Sabiq deputat Apelyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə müraciət edəcəklərini deyir.
Qarşı tərəf tələb edilən 50 min dolların vaxti ilə Gültəkin Hacıbəyli tərəfindən onlardan borc kimi alındığı bildirir.