12 ildən sonra Sudan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edir

-
Sudan Respublikası Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edib. Bu barədə sentyabrın 3-də Azərbaycanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlikdə Sudan səfirliyinin əməkdaşı ilə ilkin tanışlıq görüşü keçirilib, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Sudan Respublikası arasında diplomatik əlaqələr 16 fevral 1993-cü ildə qurulub. 1993-cü ildən bu ölkənin səfirliyi fəaliyyət göstərib. 1999-cu ildə maliyyə çətinlikləri səbəbindən səfirlik öz fəaliyyətini dayandırıb.