Stalinin heykəlinə boya töküblər

Arxiv foto

-
Stalinin yeni heykəli açılışdan bir neçə saat sonra barbarlığa məruz qalıb.
Naməlum adamlar heykəlin üstünə narıncı rəng töküblər.

13:20 HEYKƏLİN AÇILIŞI OLUB

Gürcüstanda İosif Stalinin 2 metrlik tunc heykəlinin açılışı olub. Tbilisidən 100 km-lik məsafədə yerləşən Telavi şəhərində Stalinin heykəli II dünya müharibəsi zamanı ölən əsgərlərin xatirəsinə ucaldılmış abidənin yanında qoyulub.
2010-cu ilin dekabrda Stalinin anadan olmasının 134-cü ildönümündə onun heykəlini ucaltmaq qərara alınsa da, prezident Mikheil Saakashvili buna mane olmuşdu.
Saakashvili demişdi ki, ölkədə eyni vaxtda sovet işğalçılığının qurbanlarının və bu işğalçıların özlərinin muzeyi ola bilməz.
Stalinin heykəli Stalinçilər və Veteranlar Birliyi təşkilatlarının sifarişi ilə hazırlanıb.