Yağış Qubada 100-dən çox yaşayış evinə ziyan vurub

Avqustun 28-də axşam saatlarından başlayaraq respublikanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın məlumatına görə, Quba rayonu ərazisinə güclü yağış yağıb.

Nəticədə şəhərin bir neçə küçəsində və bəzi yaşayış məntəqələrində sel suları evlərə dolub.

Quba şəhərində, Alekseyevka kəndində və Qırmızı qəsəbədə 100-dən çox evə ziyan dəyib.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov dəyən ziyanın miqdarının müəyyənləşdirildiyini, əhaliyə dəyən zərərin aradan qaldırılması istiqamətində lazımi addımlar atıldığını bildirib.