«Fənərbaxça» Avrokuboklardan uzaqlaşdırıldı

«Fənərbaxça»-«Spartak» Moskva

-
Türkiyənin «Fənərbaxça» klubu iki il Avropa kuboklarında oynaya bilməyəcək.

Avqustun 28-də Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İstanbul klubunu Avrukuboklardan uzaqlaşdırmaq haqda qərarını təsdiqləyib.

Bundan əvvəl məhkəmə işə baxılma müddətində UEFA-nın bu qərarını dondurmuşdu. Bu səbəbdən «Fənərbaxça» Çempionlar Liqasının pley-off mərhələsində oynaya bilirdi.

Avqustun 30-da CAS «Beşiktaş» barədə də qərarını elan edəcək.

Hər iki İstanbul klubu danışılmış oyunlarda ittiham olunur.