Suriyadan qaçan erməni ailələri Dağlıq Qarabağa yerləşdirilir

Bahar Muradova

“ATƏT Parlament Assambleyasının payız sessiyasında, son vaxtlar Suriyadan qaçan erməni ailələrin, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi barədə məsələ qaldırılacaq”

Bunu APA-ya açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini ,Bahar Muradova deyib. O qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı BMT-yə məktub da göndərib.

Bahar Muradova qeyd edib ki, işğal olunmuş ərazilərə qanunsuz köçürmələr beynəlxalq prinsiplərə ziddir və bunu ATƏT-in fakt-araşdırıcı missiyası da təsdiqləyib.