Suriya özünü hər vasitə ilə müdafiə edəc.yini bəyan edib

Walid al-Muallem

"Əgər hərbi müdaxilə olsa , Suriya özünü bütün vasitələrlə müdafiə edəcək."

Bunu Suriyanın xarici işlər naziri Walid Muallem Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ-da daxil olmaqla bir sıra qərb ölkələri Suriya rejimini kimyəvi silah işlətməkdə günahlandırır.

Suriya hökuməti ittihamı rədd edir. Həmçinin Rusiya Suriya rejiminin kimyəvi silah işlətməsi barədə heç bir sübut olmadığını deyir.