Azərbaycanda fəxri ada görə təqaüd 2 dəfə artırılıb

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) , “Əməkdar” fəxri adı üçün isə 60 (altmış) manat müəyyən edilib.