Rusiya ABŞ-a xəbərdarlıq edib

John Kerry və Sergei lavrov

Rusuya ABŞ-a xəbərdarlıq edib ki, Sueiyaya qarşı hərbi güc tətbiq edilməsinin çox pis nəticələri ola bilər.Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu xarici işlər naziri nazir Sergei Lavrov ABŞ Dövlət katibi John Kerry ilə telefon sphbətində deyib.

Beynəlxalq aləm Suriya rejimini üsyançılara qarşı kimyəvi silah işlətməkdı günahlandırır.
BMT-nin müfəttişləri bu gün kimyəvi silahdan istifadə edildiyi güman edilən əraziyə baş çəkmıəlidilər.

Rusiya hesab edir ki, güman edilən bu hücum üsyançıların təxribatı ola bilər.
Həmçinin Suriya rejimi ittihamı rədd edir və bunun siyasi motivli olduğunu deyir.

Srhədsiz həkimlər təşkilatı ətən həftə törədilən bu hücum nıəticəsində azı 300 adamın öldüyünü deyir.

İki ilə yaxındır ki, davam edən Suriya münaqişəsində 100 mindən çox adamın öldüyü bildirilir.