Hindistanda qadın jurnalisti zorlayanlar həbs edilib

-
Hindistan polisi qadın jurnalisti zorlamaqda şübhəli bilinən 5 şəxsin hamısını həbs etdiyini deyib.
5-ci şəxsin Nyu Dehlidə saxlandığı bildirilir.
Mumbai-də zorlanan 22 yaşlı fotojurnalist çoxlu yaralarla xəstəxanaya aparılmışdı.
İttiham təsdiqlənsə, təqsirləndirilən şəxsləri 20 illik həbs gözləyir.