-
Minlərlə tunisli İslamyönlü hökumətin istefası üçün patyaxt Tunisdə nümayiş keçirib.
Polis bildirib ki, bu həftənin şənbə günü 10 min adam etiraz aksiyasına çıxıb.
Müxalifyönlü siyasətçinin qətli ilə bağlı aparılan istintaqın gedişindən narazılıq yaranandan sonra Tunisdə hakimiyyət əleyhinə etirazlar baş verib.
O, il ərzində öldürülən ikinci muxalifyönlü siyasətçi idi.
Müxalif koolisiya həm də hökuməti təhlükəsizlik və iqtisadi məsələlərdə uğursuzluğa düçar olmaqda ittiham edir.