Bakıda 8 yeni metro stansiyası açılacaq

Bakı metrosu

Bakı Metropolitenində 8 yeni stansiya istifadəyə veriləcək.

Gələn il yeni - “Bənövşəyi” xəttinin 2, 2016-cı ilədək isə daha 3 stansiyası, mövcud “Yaşıl” xəttin isə , ən azı 3 stansiyası istifadəyə veriləcək.

Hazırda inşa olunan “Həzi Aslanov-2“ və “Yeni Günəşli” sahəsini “Yaşıl” xəttin dövriyyəsinə qoşmaq üçün, “Xətai” stansiyasından daha bir istiqamətdə, tikinti işlərinə başlanması nəzərdə tutulub.

“Həzi Aslanov” metrosundan Yeni Günəşli qəsəbəsi istiqamətində artıq 300 metrlik tunel qazılıb.

Stansiyanın 2016-ci ildə istifadəyə veriləcəyi nəzərdə tutulur.