Pakistanda talibançıların komandirlərindən biri öldürülüb

Foto arxiv

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində talibançıların səhra komandiri və onun 3 mühavizəçisi ölüb.Gulam Janın getdiyi maşın dünən axşam yolda minaya düşüb.Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

İnsident Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən Mina şəhərində baş verib.Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Gulam Jan üsyançı “Özbəkistan İslam hərəkatı”-nın yaxın müttəfiqlərindən biri hesab olunurdu.