Suriyadan İraqa keçən qaçqınlara kvota qoyulub

Foto arxiv

İraqdakı kürd muxtariyyətinin rəhbərliyi Suriyadan gələn qaçqınlara gün ərzində 3 min nəfər kvota qoyub.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Jumbe Omari Jumbe bildirir ki, buna baxmayaraq bazar ertəsi sərhəddi 5 min suriyalı keçib.

BMT-nin məlumatına görə ötən cümə axşamından bu yana Suriyadan İraqa təxminən 30 min adam qaçıb.Onların əksəriyyəti kürdlərdir.

Ümumilikdə isə 29 aylıq Suriya münaqişəsində ölkəni 2 milyona yaxın adam tərk edib.