Hacı Murad və Yunus Əmrənin məzarları

Qaxın Oncallı kəndində Orta Əsrlərə aid "Oğuz məzarlığı". Ehtimal edilir ki, bu məzarlıqda böyük türk şairi Yunus Əmrə və onun muridi Hacı Tapdığın da məzarı var.

Tanınmış türk şairi ömrünün böyük hissəsini Anadoluda keçirsə də, ömrünün sonlarında İslam dəyərlərini yaymaq üçün bu ərazilərə gəlmiş və Hacı Tapdıqla tanışlıqdan sonra burada qalmışdı.

İndi buralar ziyarətgah kimi istifadə edilir.

Bundan əlavə ərazidə saysız-hesabsız Orta Əsrlərə aid məzar da var. Hansılar ki, ciddi elmi-tədqiqata ehtiyac duyur.

Oncallı kəndinin yaxınlığında, Bakı-Zaqatala yolunun sol tərəfində XIX əsrin ortalarında Çar Rusiyasına qarşı qalxmış dağlı xalqların üsyanlarına rəhbərlik etmiş avar lider Hacı Muradın məzarı var.

1895-ci ildə Çar kazakları ilə döyüşdə qətlə yetirilən Hacı Muradın başı kəsilərək, Tiflisə, canişin Y. Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolai-ın əmri ilə görkəmli rus anatomu və cərrahı N. N. Pirogova göndərilir. N. N. Pirogov tərəfindən mumiyalandıqdan sonra baş Sankt-Peterburq Hərbi-Tibb akademiyasının muzeyində nümayiş etdirilir. Hacı Muradın bədəni isə elə qətlə yetirildiyi yerdə, Qax ərazisində dəfn edilir.

Əlavə olaraq qeyd edək ki, Hacı Murad Lev Tolstoy-un "Hacı Murad" əsərinin də qəhrəmanıdır.