Milli Məclisin payız sessiyası sentyabrın 15-də başlayacaq

Milli Məclis

Öncə komitələrin iclası başlayacaq, sentyabrın 30-da isə payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. O qeyd edib ki, parlamentdə akkreditə olmaq istəyən kütləvi informasiya vasitələri məktublarını sentyabrın 15-dək Milli Məclisə təqdim etməlidilər.