Milli Şuranın mitinq müraciətinə cavab verildi

-
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın avqustun 18-də saat 17:00-dan 20:00-dək Bayıl qəsəbəsində sürücülük məktəbinin qarşısında mitinq keçirməsinə icazə verib.

Bu haqda avqustun 16-da şəhər icra hakimiyyətindən Milli Şuraya daxil olan cavabda bildirilir.

Avqustun 15-də Milli Şuranın Mitinq Komitəsinin toplantısı keçirilib. Toplantıda təşkilatın 18 avqust mitinqinə hazırlıq səviyyəsi müzakirə olunub.

Mitinq seçkilərin keçirilməsi üçün demokratik şəraitin təmin olunması və siyasi məhbusların azad edilməsi tələbilə keçiriləcək.