Azərbaycan Dövlət Sərhəd Xidməti hərbi təlim keçirib

Foto arxiv

Azərbaycan Dövlət Sərhəd Xidmətinin təlim mərkəzində düşmən hücumlarının qarşısının alınması və terror-təxribat qruplarının zərərsizləşdirilməsi devizi altında taktiki təlimlər keçirilib.

Dövlət Sərhəd Xitmətinin məlumatına görə, təlimlərə çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit-raket kompleksləri cəlb olunub.

Avqustun 13-14-də keçirilən təlimləri baş nazirin 1-ci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev izləyiblər.