BMT-nin müfəttişləri Suriyaya gedəcək

Suriyada partlayış

BMT-nin müfəttişləri Suriya münaqişəsində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatı araşdırmaq üçün yaxın vaxtlarda Dəməşqə getməyə hazırlaşırlar.

Bu barədə təşkilatın baş katibi Ban Ki Moon-un nümayəndəsi məlumat verib.O Suriya hökumətinin müfəttişlərin şərtlərini qəbul etdiyini deyir. Məlumatlara görə Dəməşq onların 2 həftə ölkədə qalmasına razılıq verib.

ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunu kimyəvi silah işlətməkdə günahlandırır. Suriya rejimi ittihamı rədd edir və əksinə buna görə, üsyançıları günahlandırır.