Şamaxı əlillər evindən tükürpərdən görüntülər

Sizin brauzer HTML5-i dəstəkləmir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxıdakı 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evində xəstələrə həftələrlə, aylarla kərə yağı, ət yeməkləri verilmir. Aşpazlar da etiraf edirlər ki, anbardar onlara nə verirsə, onu da bişirmək məcburiyyətindədirlər. Dövlət hər xəstənin sutkalıq qidalanması üçün 3 manat 95 qəpik pul ayırır. Ancaq gedib baxsalar xəstələr nə yeyir, daş ürək də əriyər. Yükləyib: Əhməd Hümbətov