"Qorxma, mən səninləyəm" - Sumuq qalası
XVIII əsrə aid Sumuq qalası Qax rayonunun İlisu kəndində, Bucaq məhəlləsində yerləşir.
Dağlıq ərazilərdə yaşayan insanlar bu qalanı düşmən hücumlarından müdafiə məqsədi ilə ucaldıblar.
Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub.
Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilib. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul, məsələn, Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xanın adına rast gəlinir.

Sumuq qalası keçmiş SSRİ məkanında "Qorxma mən səninləyəm" filmi ilə məşhurdur. Həmin filmin çəkilişləri vaxtı çəkilmiş foto indi qalada sərgilənir.
Yuli Gusman-ın çəkdiyi bu musiqili məcara filmində sovet estradası və kinosunun ulduzları Polad Bülbüloğlu və Lev Durov oynayıblar.
Sumuq qalasından İlisunun bir hissəsi belə görünür.
Sumuq qalasının yaxınlığında yaşayan kənd məscidinin axundu Elman kişi qala tərəfdən evinə qayıdır.
İlisuya gələn turistlər bir qayda olaraq bu qalanı görməmiş getmirlər.
Günəşin qürub çağı Sumuq qalası.