Misirin müvəqqəti vitse-prezidenti Mohammad al Baradei istefa verib

Muhammad El-Baradei

Misirdəki müvəqqəti hökumətin vitse-prezidenti Mohammad al Baradei istefa verib.
O istefa ərizəsində 1 damla qana görə belə cavabdehlik daşıya bilmədiyini qeyd edib.

Misir hakimiyyəti bugünkü toqquşmalarda 149, Müsəlman qardaşları hərəkatı isə 2 mindən çox adamın öldürüldüyünü deyir.

Türkiyə prezidenti Recep Tayyip Erdoganın ofisi BMT bə Ərəb Dövlətləri Liqasını repressiyaları təcili dayandırmağa çağırıb.

Ordu bu gün devrilmiş prezident Mohammad Morsinin tərəfdarlarının qurduğu 2 düşərgəni dağıdıb.