-
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) prezident seçkilərində öz namizədi ilə iştirak edəcək. Musavat.com-un məlumatına görə, bu barədə qərar partiyanın Ali Məclisinin sessiyasında qəbul edilib. Ali Məclis BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüb.