Naqasakinin bombalanmasından 68 il ötür

Arxiv foto: Naqasakidə atom bombalanması nəticəsində həlak olanlar anılır

-

Avqustun 9-da Naqasaki şəhərində II Dünya müharibəsinə son qoyan atom bombalanmasının 68-ci ildönümü qeyd olunur. Naqasaki sakinləri atom bombasının atıldığı dəqiqələri, 11:02-ni sükutla qarşılayıblar.

1945-ci ilin bu günündə ABŞ-ın bombalaması nəticəsində həlak olan 74.000-ə yaxın insanın xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Naqasaki meri Tomihisa Taue dünyanın ən böyük nüvə silahına malik iki ölkəsinin liderinə səslənib: «Prezident Obama, prezident Putin, xahiş edirik ölkələriniz nüvə arsenalını sürətlə və ciddi şəkildə azaltsın».

Naqasakidən 3 gün əvvəl ABŞ aviasiyası Xirosima şəhərinə atom bombası atıb, 140 mindən çox adam həlak olub.