Xəzərdə zəlzələ olub

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ saat 05.07-də Xəzər dənizində, Qaladan 140 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.10 olan, 47 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.