Tanınmış gey yazıçı olimpiadanın ləğvinə çağırır

Stephen Fry Londonda geylərin "iftixar marşı"nda, 2012

-

Tanınmış Britaniya yazıçısı Stephen Fry Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jak Roqa və Britaniyanın baş naziri Devid Kamerona məktub yazaraq Soçidə keçiriləcək olimpiadanın ləğvinə çağırıb.

Homoseksual olduğunu etiraf etmiş yazıçı bu addımını Rusiyada "anti-gey qanunu"nun qüvvəyə minməsi ilə əsaslandırır.

Onun fikrincə, həmin qanun cinsi azlıqların haqlarını pozur.

Stephen Fry 2014-cü ilin olimpiadasını Hitler Almaniyasında keçirilən olimpiada ilə müqayisə edir. (Hitler homoseksualları təqib edirdi)

Yazıçı hesab edir ki, olimpiadanı başqa bir ölkədə keçirmək məqsədəuyğun olardı.

Fry həm də aktyor, jurnalist, rejissordur.