Elçin Quliyev Şəmkir rayonunda vətəndaşları qəbul edib

Elçin Quliyev

-
Avqustun 6-da, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı Elçin Quliyev Şəmkir rayonunda vətəndaşları qəbul edib.
Qəbul Şəmkir Sərhəd Dəstəsində keçrilib.

Qəbulda Şəmkirlə yanaşı Qazax, Ağstafa və Samux rayonlarının 30-a yaxın sakin yazılıb. Müraciətçilər əsasən sərhədyanı ərazilərdə təsərrüfat işləri zamanı ortaya çıxan problemlərdən Sınıq Körpü ərazisində torpaq sahəsinə görə kompensasiyaların ödənilməməsindən şikayət ediblər.