Dronqonun daha bir macərası

Ç.Abdullayevin kitabı

-

"Qanun" və "Əli&Nino" nəşriyyatları detektiv yazarı Çingiz Abdullayevin daha bir romanını Azərbaycan dilində çap etdi: "UZUN ÇƏKƏN SÖZARDI"

Təxminən iyirmi beş il əvvəl serjant Qorçilinin bölməsi Əfqanıstan dağlarında düşmənin sayca üstün olan qüvvələrilə vuruşmuşdu.

Bu qırğından az adam sağ çıxmışdı, salamat qalanlar isə bu hadisələri yada salmamağa çalışırdılar.

Ancaq keçmiş özü özünü xatırlatdı…

Kimsə üstündən xeyli keçəndən sonra o döyüşdə iştirak edən keçmiş əsgərləri amansızcasına öldürməyə başladı. Nə üçün? Bu kimə və nəyə lazımdır? Hətta ekspert-analitik Dronqo da bu suallara cavab tapa bilmir...

Ruscadan tərcümə: İlkin Həsənov