Tehranda "Qüds Günü" nümayişi keçirilib
Sizin brauzer HTML5-i dəstəkləmir
Avqustun 2-də İranın paytaxtı Tehranda "Qüds Günü" nümayişi keçirilib. Avqustun 4-dən iş başına gələcək yeni seçilmiş prezident Hassan Rohani də aksiyada iştirak edib. "Qüds Günü" 1979-cu ildə İran İslam İnqilabının banisi ayətullah Xomeyni tərəfindən qoyulub. Məqsəd də fələstinlilərin azadlığına dəstək verməkdir. "Qüds Günü" İranda və bir neçə başqa müsəlman ölkəsində hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.