İlham Əliyev Abşeron rayonuna 3 milyon manat ayırıb

Ilham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda 70 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılması nəzərdə tutulur.