Əfqanıstanda səhvən 5 polis ölüb

Foto arxiv

Əfqanıstanın şərqində NATO təyyarələrinin səhvi ucbatından 5 əfqan polisi həlak olub.

Ninqarhar əyalət rəhbərliyinin məlumatına görə polislər posta hücum edən Talibanla döyüş zamanı havadan kömək çağırıblar.

NATO komandanlığı isə bildirir ki, təyyarələr talibançıların mövqeini bombalayıb və polislər təsadüfən həlak olub. Neçə yaraqlının öldüyü bilinmir.