Şamaxıda yenidən zəlzələ olub

Avqustun 1-də yerli vaxtla saat 15:46-da Şamaxıda Pirquludan 8 km cənubda üçüncü dəfə zəlzələ olub. Zəlzələ 3 bala qədər hiss olunub. Tikililərdə dağıntılar yoxdur.

Gün ərzində bundan əvvəl Şamaxıda iki dəfə yeraltı təkanlar olub.

Birinci zəlzələ saat 10:21-də, ikincisi 11:56-da qeydə alınıb.