Şamaxıda zəlzələ olub

-

Avqustun 1-də səhər saatlarında Şamaxıda zəlzələ olub. Bu haqda AzadlıqRadiosunun bölgə müxbiri xəbər verib. Zəlzələ 10:20 radələrində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət İdarəsinin rəsmi web saytı təkanların saat 10:20-də baş verdiyini qeyd etsə də, yerli sakinlər təkanların gecə saat 4 radələrində də hiss olunduğunu bildiriblər.

Tikililərdə dağıntılar yoxdur.