Prezident Tərtərə 3,2 milyon manat ayırıb

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Sərəncamda beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi üçün prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılması nəzərdə tutulur.