Əfqanıstanda dinc sakinlər arasında itkilərin sayı artıb

İlin birinci yarısında Əfqanıstanda gedən döyüşlər, hücum və terror aktlarında ölən dinc sakinlərin sayı xeyli artıb. Bu barədə BMT-nin bü gün yaydığı bəyanatda bildirilir.

Ekspertlərin məlumatına görə, bu müddət ərzində ölkədə 1300-dən çox dinc sakin ölüb, 2500-dək sakin isə yaralanıb.Onların əksəriyyəti yaraqlıların hücumu nəticəsində, qalanları isə döyüş şəraitində ölüb.

Ötən aydan Əfqanıstanda nəzarət yerli qüvvələrə keçibi. Gələn ilin sonunda NATO qüvvələrinin əksəriyyəti ölkəni tərk etməlidir.