«Xutor» sakinləri evlərinin sökülməsinə etiraz edir - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

«Xutor» sakinləri nəyə etiraz edir?- [Video]

-
Bakının Binəqədi Rayonunda yerləşən «Xutor» yaşayış massivində yolun kənarında yerləşən yaşayış evlərinin söküntüsünə başlanılıb.

Rayonun Yavər Həsənov küçəsi, döngə 1 ünvanında yaşayan sakinlər evlərinin söküntüsünü qanunsuz adlandıraraq, söküntü aparanlara mane olmağa çalışıblar.

Söküntüyə rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılovsa deyir ki, evləri sökülən sakinlərə kompensasiya verilir...