Azərbaycana yeni avtobuslar gətirilir

Foto arxiv

Yaxın illərdə Azərbaycana daha 1500 yeni sərnişin avtobusları gətiriləcək. Onların 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov «APA-Economics»ə açıqlamasında bildirib ki, ölkədəki avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, on-line ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir. O bu avtobusların əsasən Cənubi Koreya və Türkiyədən gətiriləcəyini bildirib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxta 340 ədəd yeni sərnişin avtobusu gətirilib. Ümumilikdə isə son 5 ildə ölkəyə 3471 yeni iri və orta tutumlu avtobuslar gətirilib.