Şərqdə opera yazan ilk qadın bəstəkar vəfat etdi

Şəfiqə Axundova

-

İyulun 26-da saat 12 radələrində şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova vəfat edib. Bu barədə AzadlıqRadiosuna 1 saylı Şəhər Kliniki Xəstəxananın reanimasiya şöbəsindən məlumat veriblər.

O, iyulun 11-də xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti daha sonra Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Bu günsə bəstəkar klinikanın reanimasiya şöbəsində vəfat edib.

Ş. Axundovanın hələlik harada dəfn ediləcəyi bilinmir.

Ş. Axundova 1924-cü ildə Şəkidə anadan olub. 1943-1944-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə «Şöhrət» ordeni ilə təltif edilib.

89 yaşlı Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb.

Şəfiqə Axundovanın bəstəsi. Oxuyur Rübabə Muradovahttp://www.youtube.com/embed/SbIhVXNGH20?feature=player_detailpage

Şəfiqə Axundovanın bəstəsi. Oxuyur Şövkət Ələkbərova
http://www.youtube.com/embed/YTCEf8Rz5rs?feature=player_detailpage