Bakıda yeni yeraltı avtomobil dayanacaq açılıb

İyulun 25-də paytaxt Bakıda Füzuli və Mirzəağa Əliyev küçələri arasında tikilən yeraltı avtomobil dayanacağının açılışı olub.

4500 avtomobil tutumuna malik yeraltı dayanacağın 37 xüsusi də bölməsi var. Dayanacaq 3 mərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Təhlükəsizlik məqsədi ilə 270 izləmə kamerasının quraşdırıldığı bildirilir.

Dayanacaqda 14 lift, 24 eskalator quraşdırılıb. Açılışda prezident İlham Əliyev də iştirak edib. (prezident.az)