Artur Rasizadə yenə də Neft Fondu Müşahidə Şurasının sədri seçilib

Artur Rasizadə

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, baş nazir və fondun müşahidə şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyəti, ARDNF-nin 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılıb və sonda Fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq etmək prezidentə təqdim etmək qırara alınıb.

Baş nazir Artur Rasi-zadə növbəti dəfə Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib.