Yay mövsümündə Bakıda 30 nəfəri gün vurub

Yay mövsümü başlayandan bu günə kimi Bakıda 30 nəfəri gün vurub.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

O bildirib ki, gün vuran 30 nəfərdən 12-si xəstəxanaya yerləşdirilib, digərlərinə ilkin tibbi yardım göstərilib:

«Günvurma halları müxtəlif yaş arası insanlar arasında müşahidə olunur. Gün vuranlardan 5 nəfəri 18 yaşına kimi olan uşaqlardır».